Uncategorized

İranın Kılıçdaroğlu sevgisinin ŞOK SƏBƏBİ – Tehran onu Bakıya QARŞI QOYUR

Qardaş Türkiyəni regionda özünə rəqib kimi görən fars molla rejimi bu istiqamətdə çirkin siyasətini davam etdirir. Mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə ümidlə baxan Tehranın arzusu hazırki hakimiyyətin məğlubiyyətinə ümidlidir. İkinci Qarabağ müharibəsində qardaş ölkənin Azərbaycana dəstəyi, anti-İran bəyanatlar molla rejimini narazı salıb. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan İran bu strateji layihəni özü üçün təhlküə sayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İran eyni zamanda, Suriya və Ermənistan cəbhələrində də Türkiyəni özünə hədəf sayır. Növbəti qalmaqalı İranın Türkiyədəki səfiri səsləndirib. Türk mediası yazır ki, İranın Ankaradakı səfiri Məhəmməd Fərəzmənd iftar yeməyində qonaq olduğu Səadət Partiyasının sədri Temel Karamollaoğludan diplomatik qalmaqala səbəb olacaq tələblə çıxış edib. “Kılıçdaroğlunu dəstəkləməyiniz çox önəmlidir” deyərək Karamollaoğlunu tərifləyən Farazmand, “seçkilərdən sonra gözləntimiz Türkiyənin Suriyadakı hərbi varlığına son qoymasıdır” deyib.

Suriyadakı qırğınların ortağı olan İranın Türkiyənin Suriyadakı mövcudluğundan və Suriya Milli Ordusuna dəstək verməsindən narahat olduğu məlumdur. İran xüsusilə Azərbaycana təzyiqləri artırmaq üçün Kılıçdaroğlunun prezident seçkilərində qalib gəlməsini gözləyir. 2020-ci ildə Qarabağın işğaldan azad edildiyi müharibədə Ermənistana dəstək verən Tehran rəhbərliyi son iki ildə Azərbaycana qarşı 4 hərbi təlim keçirib. İran İnqilab Keşikçiləri Ordusu da Azərbaycan-Ermənistan sərhədində hərbi cəmləşdirmə aparıb. Müşahidəçilərin fikrincə, xüsusilə hərbi təlimlər Türkiyənin dəstəyinin kəsiləcəyi təqdirdə İranın Azərbaycana hücum etməyə hazır olduğu mesajını verir.

Ən maraqlısı həm də seçki prosesində İranın Səadət Partiyasına marağıdır. Karamollaoğlu bu həftənin əvvəlində Kılıçdaroğlu ilə İslam ölkələrinin səfirlərini bir araya gətirmək üçün iftar verib və səfir səviyyəsində iftarda yalnız İran səfiri Farazmand iştirak edib.

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button