Siyasət

İranın xarici siyasətinin elm tutumlu görünməsi üçün Ə.Vilayətinin məlumatsızlığı aradan qaldırılmalıdır

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, uzun müddət İranın Xİ naziri işləmiş Ə.Vilayətinin son məqaləsi ilk növbədə onun məlumatsızlığı ilə diqqəti çəkir. İndi başa düşülür ki, niyə görə SSRİ-nin dağılması ərəfəsində İranın uğurlu siyasəti olmayıb. O dövrdə hətta İranla qonşu olan Türkiyə MDB məkanında mövqelərini xeyli irəlilədə bildi. Güclü iqtisadi layihələr realllaşdırdı. Türkiyənin ABŞ-dan iqtisadi asılılığının azalmasının bünövrəsi də  məhz o dövrdə qoyuldu. İndinin özündə də ali rəhbərin bəzi bəyanatları çox anlaşılmaz olur. İran Xarici İşlər Nazirliyinin əməkdaşlarını, xaricdə olan diplomatlarını başına toplayıb, onlara termin izah edir. Ali rəhbər niyə belə düşünməlidir ki, İranın diplomatları bu qədər zəifdir ki, onlara gərək birinci sinif səviyyəsində əlifba öyrədilsin?!  

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Həzrəti Peyğəmbərimizin məşhur kəlamı var: “Elmi öyrənin, beşikdən qəbirədək”. “Elmin dalınca gedin, hətta o Çındə olsa da belə”. Ali dini rəhbər təbliğatı elmdən üstün tutur. Gərək elm bir şey ortalığa qoya ki, onun təbliğini edəsən. Sadəcə ali rəhbərin təbii ki, gündəlik məlumatları, iri kitabları oxumağa indi vaxtı yoxdur. Ona köməkçiləri belə mövzuları yazıb verməlidir.

Ə.Vilayətinin Təsnim İA üçün yazdığı məqalə onun regional proseslərdən xəbərsiz olduğunu göstərir.

– Əvvəla, Ermənistan İrandan aralanacaq-aralanmayacaq, İranla Ermənistan arasında sərhəd kəsiləcək-kəsilməyəcək bunun Azərbaycan Respublikasına heç bir aidiyyəti yoxdur. Üçtərəfli bəyannamə 2020-ci il 10 noyabrda imzalanandan bir neçə saat sonra İran mətbuatı məlumat yaydı ki, Ermənistanın İranla sərhədində 5 km ərazi Ermənistanın yurisdiksiyasından çıxarılacaq”. “Ermənistanın ərazisi olmayacaq” demədilər. Sadəcə həmin ərazi Rusiya sərhədçilərinin nəzarəti altına keçir ki, Azərbaycanın Qərb rayonlarından Naxçıvana gedən yol təhlükəsizlik rejimində fəaliyyət göstərməlidir. Yəni ermənilər yaşayan yerdən Azərbaycanın qatarı, avtomobili keçərsə, təbii ki, ermənilər daş atacaq. Hələ güllə, avtomat, top- tüfəngi qoyuruq kənara. İndinin özündə də bu yol reallaşmayıb və əsas səbəblərindən biri də təhlükəsizliklə bağlı məsələlərdir. Azərbaycan İranın heç bir istiqamətdə yolunu kəsmək gücündə deyil. İranın Dünya Okeanına çıxışı var. Dünya Okeanına çıxışı olan dövlətlər və çıxışı olmayan dövlətlər tamamilə ayrı kateqoriyadadır.

– İkincisi, İranın Ermənistan ərazisindən keçən yolla bağlı rəsmi mövqeyi Ermənistan-Gürcüstan- (Qara dəniz) – Bolqarıstan marşrutunun yaradılmasıdır. Bu  qədər əziyyət çəkməyə ehtiyac da yoxdur. Bolqarıstan, Türkiyə Qara dəniz dövlətidir və Bolqarıstan da İran kimi Türkiyə ilə qonşudur. İranla Türkiyə arasında avtomobil, dəmir yolu, neft və qaz kəmərləri mövcuddur. Neft, qaz da göndərə, dəmir yolu vasitəsilə qatar da yola sala, avtomobillə də istəsə Bolqarıstana gedə bilər. Bunu istəmirsə, bu İranın daxili xislətindən gələn məsələdir.

İranın Azərbaycan üzərindən dəmir yolunu Azərbaycanın dəmir yoluna birləşdirməkdən ötrü Parsabadla İmişli arasında cəmi 14 km dəmir yolu tikilməlidir. Bununla İmişli-Gəncə-Gürcüstan və oradan da dünyanın istənilər ölkəsinə çıxa bilər. Azərbaycanın ərazisinə Rusiya da çıxa bilər və bu gün də bu yol uğurla istifadə olunur.

1971 -ci ildən Astara (İran)-Qazıməmməd-Qazax qaz kəməri tikilib. Azərbaycan  SSR, Gürcüstan SSR və Ermənistan SSR İran qazı ilə təmin olunmalı idilər.

Şimal-Cənub dəmir yolunun Azərbaycan ərazisində tikilməsinə İran15 il imkan vermədi. Məqsədi bu yolu Ermənistan ərazindən tikmək idi, tikə də bilmədi. Bu barədə geniş məlumatlar var.  İndinin özündə də İranla Ermənistan arasında Üçüncü Yüksək Gərginlikli Elektrik xəttini İran tikə bilmir. Təxminən 200 milyon avro vəsaiti yoxdursa, milyardlarla ölçülən yolu  İran neçə çəkəcək?! Azərbaycan və Türkiyənin ərazisində olan hazır infrastrukturdan nə səbəbə istifadə etməməlidir?!. Ali dini rəhbər və ətrafının Zəngəzur koridoru vasitəsilə Azərbaycan və Türkiyəyə qarşı strateji düşmənçiliyi qəbul etdirməyə gücü çatır.

– Üçüncüsü, çox qəribə misal gətirir ki, İranın bu halda qonşularının sayı 15-dən 14-ə enəcəkdir. Guya 14 lənətlənmiş rəqəmdir. Ə.Vilayəti həm də şiə liderlərindən biridir. Ə.Vilayəti bilir ki, 14 rəqəmi şiəlikdə müqəddəsdir. İran fəxr edər ki, İran üçün14 məsum, 14 qonşu- bundan yaxşı uyğunluq nə var ki?!  

– Dördüncüsü, İran Ermənistanı, ümumilikdə Qafqazı tarixi ərazisi hesab edir. Əslində bu Azərbaycan xalqının ərazisidir. Çar Rusiyasında, sovet dövründə və indi də bizim tarixi ərazimizdir. Ermənistanın daxilindəki bu  iki əraziyə müstəqil Azərbaycan Respublikasının sənədi var. Ə.Vilayəti çox güclü diplomat olsaydı, bunu başa düşə bilərdi. İrəvan Azərbaycan torpağı olaraq məhz Osmanlı imperiyasının Ermənistanla arasında olan mübahisənin həlli üçün Osmanlı imperiyasının dərindən iştirakı ilə Azərbaycandan alınıb, ermənilərə hədiyyə verildi. Paytaxt bu olmalıdır, ermənilər əvəzində Van regionundan əl çəkməlidir.

Zəngəzur sovet dövründə, 1923-cü ildə Stalinin əmri ilə Ermənistana verildi. Bunun da səbəbləri bəllidir. İlk növbədə türkdilli dünya vahid olmasın, Azərbaycan iki yerə bölünmüş olsun. Bu məlumatlar “yenidənqurma” dövründə Mərkəzi Komitənin arxivi dərc olunarkən o dövrdə bu sənədlər də  dərc olundu. İndiki Ermənistanın Ararat vilayətində hansısa bir əraziyə iddiamız ayrıdır, amma Zəngəzur koridoru və İrəvana rəsmi haqqımız var.

Azərbaycan kimə də oxşamaq istəsə, İrana oxşamaq istəmir. İran bu gün Bəhreynin adını tuta bilmir. 40-50 il bundan qabaq Bəhreyni İrandan aldılar. Biz Qarabağımızı qaytardıq, hətta İranın kömək etdiyi ermənidən aldıq, İnşallah rəsmi sənəd olan tarixi torpaqlarımızla da yaxında məşğul olmağa həvəsimiz və imkanımız olacaqdır. Zəngəzur tarixən Azərbaycan ərazisidir. Bu Parfiya, Əhəmənilər dövrü olsun Zəngəzur ərazisində heç vaxt parfiyalı, əhəməni yaşamayıb. Bütpərəst, atəşpərəst, xristian da olsa o ərazidə azərbaycanlı yaşayıb. Bu gün irəvandakı “Göy Məscidi” İran öz adına çıxdığı kimi indi də Zəngəzur koridorunu Parfiyaya aparıb çıxarmağa da böyük dərin ağılılıq əlaməti deyil.

– Beşincisi, Türkiyəyə həsəd və paxıllıq gizlədilə bilmir. Türkiyənin İstanbulla uyğurların yaşadığı Sinszyan regionunu birləşdirməsinə Türkiyə bu işdə elə də ciddi uğur əldə edə bilməsə də, uğurdan da kənar deyil. Türkiyə SSRİ dağılan ərəfədə Ə.Vilayətinin adını çəkdiyi ərazidə böyük işlər görüb. O işlər heç zaman nəticəsiz qala bilməz. SSRİ dağıldıqdan bir müddət sonra Türkiyənin tək Moskvanın tikinti sektoruna qoyduğu investisiya 20 milyard dollara çatdı.

İran nə iş gördü?! Ancaq ermənilərə dəstək verdi ki, Azərbaycan başını ayılda bilməsin. Biz ermənilərdən özümüzü qoruyarkən guya İran bizimlə idi. 1994-cü ildə  biz atəşkəs müqaviləsinə getməyə məcbur olduq. Belə hesab edək ki, ermənilər bizim torpağımızı işğal etdi. O dövrdə bizim yanımızda, Rusiya, Türkiyə, İsrail yox idi, ancaq İran idi yanımızda. İran bilərəkdən ermənilərə uduzub ki, təki Azərbaycan uduzmuş, mürəkkəb vəziyyətə düşsün.

– NATO və ABŞ hərbi qüvvələri ilə bağlı deyilənlər İran üçün utanc gətirəndir. İran savad, bilik kateqoriyasına aid deyil. İranın rəsmiləri Zod kanalı üstündə Ermənistanla danışıq aparır. ER Təhlükəsizlik Şurasının katibi də İranın Ermənistanda iştirakını legitimləşdirməkdən ötrü hazırda Amerikada danışıqlar aparmaqla məşğuldur. İran Zod yatağına sahib çıxmaqla Rusiyanı Ermənistandan qovacaq, çünki Zod mis-molibden yatağı hazırda rəsmən Rusiya şirkətinə məxsusdur. Sadəcə Rusiya şirkəti Azərbaycanın tez-tez “atəşkəs rejimi”ni pozduğuna görə orada daha iş görə bilmir, İran isə görə biləcək. Məntiqdən belə alınır ki, İran zod yatağı ətrafında Azərbaycanın “atəşkəs rejimini” pozmasından qorxmur, buna cavabı var. Həm Rusiyanı qovur, həm də Azərbaycandan Zod yatağının təhlükəsizliyini təmin edir. İran buna gedir və bunun yaxın tarixdə misalı var. Mehri Su Elektrik Stansiyasını İran Ermənistan üçün hədiyyə etmək istəyirdi. O zaman Qərb Ermənistana imkan vermədi. Bəhanə kimi maliyyələşmə mövzusundan sonra Mehri su elektrik stansiyasının Azərbaycan tərəfdən təhlükəsizliyini Ermənistan İranın qarşısında qaldırdı. İran rəsmən öhdəlik götürdü ki, Mehri su elektrik stansiyasını, ermənilərin nəfini Azərbaycandan qoruyacaq. O su elektrik stansiyası da Azərbaycanın ərazisində idi. Yaxın tarixdə bunun misalı var. İndi də Zod yatağının ətrafında, Zəngəzur koridoru boyunca Avropa İttifaqının müşahidə missiyası yerləşib və bu müşahidə missiyası 102 nəfər avropalıdan ibarətdir. İndi 30-40 nəfər Ermənistandan da işçi götürüblər, bu ayrı. 102 müşahidəçinin təxminən 60-ı qartımış NATO dövlətlərinin hərbi müşahidəçiləridir. Başçıları da bir müddət Almaniya idi, indi də Fransanın rəhbərliyi altındadır. Hər ikisi də NATO-nun üzvüdür və İran da “regionda kənar qüvvələr olmamalıdır” bəyanatını verərkən gedir NATO qüvvələrinin təsir zonasında iş aparır. Ayda iki dəfə həmin regiona ABŞ hərbçiləri gəlir, müşahidə aparırlar. Axırıncı dəfə Kanzasdan olan hərbçilər orada idi. Ermənistan rəsmilərinin ABŞ və NATO rəsmiləri ilə apardığı danışıqların fasiləsi yaranmayıb. İndi İran bunu bəyan edərək özü ABŞ, NATO qoşunlarının təsir zonasında iş aparmaq istəyir. Ə.Vilayəti niyə bunları görmür, əgər görürsə niyə gizlədir?!

Aİ Ermənistana müşahidəçi göndərərkən regionda vəziyyətin riskli olduğunu bilirdi. Amma nədənsə İranın NATO və ABŞ qoşunlarına hədə gəlməsini nəzərə almadı. Bəlkə Ə.Vilayəti bunun səbəbini İranın Xİ naziri H.Ə.Abdullahiyanın Belçika və Fransanın Xİ nazirləri ilə apardığı silsilə danışıqlarda axtarsın. Bəlkə Albaniyada Mücahidin Xalq Təşkilatının başına gələnlərin müqabilində  İran NATO-ya və ABŞ qoşunlarına Ermənistanda təhlükəsiz fəaliyyət göstərmək zəmanəti verib.

– Yeddinci, NATO -Turan koridoruna  ehtiyacımız yoxdur. Əgər bundan ehtiyacımız olarsa, Bakı-Tbilisi-Qars dəmir yolu artıq çəkilib, tam işlək vəziyyətdədir və bu istifadə oluna bilər.

– Səkkizinci, Rusiyanın da region siyasətindən Ə.Vilayəti məlumatsız görünür. Məqaləsini çapa verdiyi vaxtda İran Xİ naziri Rusiyanın səfirini çağırdı. RF ərəb dövlətlərinin ərazi bütövlüyünü tam dəstəklədi. O ərəb dövlətlərinin bəzisinin ərazisinə İranın iddiası var.

İran südü ilə Ermənistanda istehsal olunan məhsulların Rusiyaya girişinə qadağa qoyulub. Rusiya Ermənistana bitumu demək olar ki, havayı verdi. Ermənistan o vaxta qədər bitumu yalnız İrandan alırdı.

RF-ə məxsus Zod yatağı barə niyyəti haqda yuxarıda danışdıq

– Doqquzuncu, Bizə  Naxçıvana dəmir, avtomobil yolu lazımdır. Elə yol ki, Azərbaycan vətəndaşı üçün Bakıdan Naxçıvana getməklə, Bakıdan Gəncəyə getmək  arasında heç bir fərq olmalı deyil. O yoldan İran, Türkiyə və digərləri istifadə edəcəklər, bu Ermənistanın nəfinədir. Bizim Türkiyə ilə bütün növ əlaqələrimiz var və əlaqələr də sarsılmazdır.  Ən azı regionda iki kiçik, bir iri müharibə oldu və o kəmərlər və digər kommunikasiyalar işlədi. Hətta 2008-ci ilin 8 avqust müharibəsi dövründə də Bakı-Tbilisi-Ceyhan kəməri işlədi. Onun təhlükəsizliyi üçün cüzi risk yaranmışdı. Azərbaycan və Türkiyə dərhal o riski aradan qaldırdılar.

İranın idarəedicisinin savadlı siyasət aparması, İranın xarici siyasətinin elm tutumlu görünməsi üçün birinci növbədə Ə.Vilayətinin məlumatsızlığı aradan qaldırılmalıdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button