Ölkə

İşçilərin DİQQƏTİNƏ! – Hüququnuz bu şəkildə pozulur

Müəssisələrin bir çoxunda işçilər müxtəlif səbəblərdən işə gəlmədikdə və ya məzuniyyətə çıxdıqda onun iş fəaliyyətini digər işçilər yerinə yetirir. Lakin belə hallarda çox nadir iş yerləri var ki, işçini əvəz edən işçiyə və işçilərə əlavə ödəniş edir. Amma hüquqi baxımdan Əgər məzuniyyət digər səbəblərə görə işçi həmkarını əvəz edirsə, ona əlavə vəsait ödənilməlidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov qeyd edib.

“Başqa işçinin əmək funksiyasının icrası Azərbaycan Republikasının Əmək Məcəlləsinin 61, 161 və 162-ci maddələrinə uyğun tənzimlənir. Əgər hər hansı bir işçi səhhətində problem, məzuniyyət və digər səbəblərlə bağlı əmək funksiyalarını icra etmədikdə, həmən işçinin əmək funksiyaları digər işçiyə tapşırıla bilər və bu tapşırılma zamanı həmin funksiyaların həyata keçirilməsi mütləq qaydada tapşırılan işçinin razılığı ilə həyata keçirilməlidir. Ola bilər ki, davamlı şəkildə işçi digər işçini əvəz edə bilər, qanunvericiklə bu 3 aydan artıq olmayan müddətdə baş verə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 161 və 162-ci maddələrinə əsasən, işçi əgər digər işçinin əmək funksiyalarını icra edirsə, mütləq qaydada onun tarif maaşı ilə digər işçinin tarif maaşı arasındakı fərq ödənilir və ya maaşlar bərabərdirsə işçi ilə işəgötürən arasında öncədən razılaşdırılmış məbləğ işçinin hesabına ödənilməlidir. Qeyd edim ki, bir çox hallarda bu məsələdə işçilər haqsızlığa məruz qalır. Sanki digər işçi işə gəlmədikdə və yaxud müəyyən müddətə məzuniyyətə buraxıldıqda onun işi əvəzi ödənilmədən digər işçi və ya işçilər tərəfindən həyata keçirilir. Bununla bağlı işçilər bu haqsız əvəzolunmaya və ödənilməməyə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etməklə öz pozulmuş hüquqlarının bərpasına nail ola bilərlər”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button