Ölkə

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən kilsələri erməni kilsəsi adlandırılması düzgün deyil

Ermənilərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən kilsələri erməni kilsəsi adlandırması düzgün deyil.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qarabağda səfərdə olarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin kilsələr 1883-cü ildə Rusiya İmperiyası tərəfindən onlara verilib, lakin heç vaxt onların olmayıb:

“Torpaqlarımız kimi kilsələri də özününküləşdiriblər. Bununla bağlı Rus Pravoslav Kilsəsinə və Roma Papasına müraciət etmişik. Beynəlxalq konfranslarda bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Qarabağda məscidlərlə yanaşı, kilsələr də təmir olunur. Bakıda da yerləşən erməni kilsəsi təmir olunub”.

QMİ sədri bildirib ki, Azərbaycan öz mədəniyyətinə yanaşdığı kimi, digər xalqların mədəniyyətinə də hörmətlə yanaşır:

“Lakin onlar yalanlar danışırlar. Erməni kilsəsi çox pis vəziyyətdədir. Bütün ermənilərin katalikosu II Qaregin Qarabağın erməni torpağı olduğunu deyərək yalanlar danışır. Burada təkcə alban-udin kilsələri deyil, həm də pravoslav kilsəsi dağıdılıb”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button