Ölkə
İslam Mehrəliyev “Xəzər” TV-dən ayrıldı
Aparıcı İslam Mehrəliyev “Xəzər” TV-dən ayrılıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, İslam bundan sonra aparıcı kimi fəaliyyətini “Space” televiziyasında davam etdirəcək.
Mehrəliyevin sözügedən kanalda hansı verilişi aparacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə ildir “Space” kanalında çalışan aparıcı Fariz İlyas bu gün sosial şəbəkə hesabında öz istəyi ilə işindən ayrıldığını yazıb.