Ölkə

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, səfirliyin yerləşdiyi binada ofisi olan bütün şirkətlərə işçilərin bir müddət məsafədən işləməsi tövsiyə edilib.

Hazırda binanın ətrafında təhlükəsizlik çəmbəri yaradılıb. Ofislərə göndərilən mesajlarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda bu addımların atıldığı bildirilib. Mesajda sözügedən tədbirlərin məhz İsrail səfirliyinin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu qeyd edilməsə də, əsas məqsədin bu olduğu bəllidir.

Xatırladaq ki, ötən il İsrailin Bakıdakı səfirliyinə İran əsilli şəxsin hücumunun qarşısı alınıb. Son 15 ildə İsrailin Bakıdakı səfirliyində İrana bağlı qüvvələr dəfələrlə terror həyata keçirmək istəyiblər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları hər dəfə bu cəhdləri önləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button