İstədiyimiz ərzaq məhsullarının qiymətlərini aşağı sala bilərik
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində “TAPP(True animal protein price coalition) Koalisiyası: COP28 Ərzaq Bəyannaməsi (və Gizli Ərzaq Xərcləri, fiskal tədbirlər, yeni FAO SOFA 2024 hesabatının təhlili” mövzusunda mətbuat konfransı keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, konfransda çıxış edən koalisiya rəhbəri Jeroom Remmes bildirib ki, fermerlərin ədalətli maaşa ehtiyacları var.
“Bu həm də sağlamlıq xərcləri adlana bilər. Biz hamımız piylənmə haqqında bilirik, lakin ürək xəstəlikləri, şəkərli diabet və xərçəng kimi bir çox yoluxucu olmayan xəstəliklər də var ki, bunlar da yediyimiz qidalardan aslıdır. Bu yeməyi bir az daha bahalaşdıracaq, lakin digər tərəfdən, biz daha çox yemək istədiyimiz ərzaq məhsullarının qiymətlərini də aşağı sala bilərik, çünki bu, planet üçün daha yaxşıdır.
Müxtəlif ölkələrdə, o cümlədən Çin və Amerikada bəzi sorğular aparılıb və bu araşdırmaya görə, ət vergisinin dəstəyi qalıq yanacaq vergilərindən daha böyükdür”,- deyə o bildirib.
Milli.Az