Ölkə
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası açıqlama yayıb.
Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 13-də Bakıya gəlməsi gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun