Ölkə

İtkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır

Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.

“Eyni zamanda itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olmuşdur. Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür”, – deyə o, əlavə edib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.

Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.

Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button