Ölkə

Jurnalistin anasının ölümünə görə bu əsasla cinayət işi açılmayıb

Xəbər verdiyimiz kimi, jurnalist Fərahim Qasımovun anasının ölümü ilə bağlı prokurorluqdakı araşdırma başa çatıb və cinayət işinin açılmasının rədd edilməsi barədə qərar çıxarılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, F.Qasımovun anası Bahar Qasımovanın ölümündə həkim səhlənkarlığı müəyyən edilməyib.

“1967-ci il təvəllüdlü Bahar Qasımovanın cari il martın 18-də paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunaraq rəylər əldə edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi və tibb işçilərinin peşə fəaliyyətinə dair keçirilən məhkəmə-tibbi ekspertizalarının rəyinə və digər sübutlara əsasən Bahar Qasımovaya qoyulmuş diaqnozlar, həmin diaqnozlara uyğun təyin edilmiş, aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun həyata keçirilib, ona yeridilən dərman preparatlarının dozaları isə optimal olub.

Bahar Qasımovanın ölümündə tibb işçiləri tərəfindən səhlənkarlığa yol verilməsi təsdiq olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub”, – açıqlamada vurğulanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button