Ölkə

Jurnalistlər üçün yeni layihələr nəzərdə tutulur

Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

“Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb.

Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub”, – deyə o, əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button