Ölkə

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qurumdan Milli.Az-a verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

“Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır”, – deyə məlumatda qeyd olunub.

——–

20:44

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button