Ölkə

Kərə yağının qiyməti artır, bəs keyfiyyəti?

Son dövrlər ölkədə kərə yağının bahalaşması müşahidə olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə ki, bütün kərə yağı markalarının qiymətində əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb. Rəsmi statistikaya görə, 2024-cü ilin sentyabr ayında Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanan digər yağların orta qiyməti 6 dollar 77 sent və ya 11 manat 50 qəpik olub. Bu, avqustla müqayisədə cəmi 96 sent və ya 1 manat 60 qəpik çoxdur.

Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verərək bildirib ki, Gömrük komitəsinin açıqladığı məlumatları bu şəkildə təhlil etmək düzgün deyil. 

“Burada hansı növ məhsulun gətirilməsi, keyfiyyət göstəriciləri qiymətə təsir göstərir. Bazarda kiloqramı 3 manatdan 50 manata qədər olan məhsullar mövcuddur. Müxtəlif aylarda daha bahalı məhsullar gəldikdə qiymətlər yüksəlir, lakin ucuz məhsulları idxal edən şirkətlərin fəaliyyəti genişləndikdə qiymətlər aşağı düşə bilər”.

Ekspert qeyd edib ki, son aylarda dünya bazarlarında qiymətlərin artımı müşahidə olunmaqdadır. 

“Bu, əlbəttə ki, son nəticədə ölkəyə idxal olunan məhsullarda öz əksini tapır. Son istehlak qiymətlərinə təsir edir. Bunu son 2 ayda yerli bazarlarda da pərakəndə ticarətdə də qiymətlərin bahalaşdığını görürük. Bununla belə, biz qiymətləri ümumi Gömrük Komitəsi tərəfindən açıqlanan ümumi məlumatlar əsasında təhlil edərkən müəyyən yanlışlıqlara, nöqsanlara yol verə bilərik”. 

Hansı kərə yağı keyfiyyətlidir? 

Aysel Əkbər

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button