Ölkə

Kafe və restoranlarda siqaret çəkmək qadağası ləğv edilib?

Bu gün “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində tütün çəkilməsinə icazə verilməsə də, bir sıra hallarda tütündən istifadənin şahidi oluruq. Görünür ya obyekt sahibləri qanundan xəbərsizdir, ya da müştəriləri narazı salmamaq üçün qanunun pozulmasına şərait yaradırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.

O əlavə edib ki, müəssisələr, idarələr və təşkilatlara gəlincə isə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, həmin yerlərdə tütün çəkmək üçün xüsusi sanitar-gigiyenik normalara cavab verən yerlər ayrılmalıdır.

N.Əliyev bildirib ki, həmçinin, məkanda müəyyən olunmuş tələblərə cavab verən şəkildə və görünən yerlərdə “tütün çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin yerləşdirilməsi inzibatçı tərəfindən təmin olunmalıdır.

Qeyd olunan qaydaların pozulması faktı İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə (vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) əsasən məsuliyyət yaradır.

Qanuna əsasən qadağan edilmiş yerlərdə, yəni, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button