Kamal Sunal haqqında bilmədiyimiz 10 fakt
Milli.Az Kulis.az-a istinadən böyük türk aktyoru Kamal Sunal haqqında bilinməyən 10 qəribə faktı diqqətinizə çatdırır.
1. 10 noyabrda doğulub, ancaq bu gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.
2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala “Məni atanız böyütdü” – deyir. Ezo xanım təəccüblə “Necə yəni?” – deyə soruşunca dediyinə aydınlıq gətirir: “Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam.”
3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.
4. Evlənib yığışdıqları ev o qədər rütubət olub ki, qonaq gələndə nəm qoxusunu itirmək üçün kartof qızardırmışlar.
5. İlk serialı “Qəmbəy bəy”in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı…
6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və “Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm” demişdi.
7. Orta məktəbdə onun övladlarını şagird yoldaşları “İnəyin uşağı” deyə ələ salırmışlar.
8. Evdə həmişə filmə çəkildiyi qiyafətlərdə gəzərmiş.
9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan ünlünün yalnız İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.
10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.
Milli.Az