Ölkə

Kamran Əliyev 2 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Baş Prokurorluqdan bildirilib.  

Qeyd olunub ki, Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı – Rəfael Süleymanov və Məmməd Əliyevin qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında qəbul edilərək, ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərman və hədiyyə təqdim edilib.

Baş Prokurorluqda görüş zamanı Rəfael Süleymanov və Məmməd Əliyevin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.

Rəfael Süleymanov və Məmməd Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button