Ölkə

Kanada səfiri Fransanı Ermənistanla bağlı bu məsələyə görə ittiham etdi

Hazırda sanksiyalarla bağlı danışmaq Ermənistanla Azərbaycan arasında davam edən sülh səylərini pozmaq riskinə malikdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin Aşağı Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib.

Səfir bildirib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi ilə bağlı səyləri sarsıda bilər. Onun sözlərinə görə, hazırda sanksiyalar yolunu seçmək davam edən sülh səylərini pozmaq riski daşıyır.

“Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalara şahid olduq. Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüşlərdən və müzakirələrdən geri çəkilməsinə səbəb oldu”, – diplomat qeyd edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button