Kenan İmirzalıoğlundan “Ezel” etirafı – FOTOlar
Məşhur aktyor Kenan İmirzalıoğlu illər əvvəl rol aldığı “Ezel” serialı ilə bağlı etiraf edib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, o hərbi xidmətdə olarkən serialdakı “Ezel” roluna çəkilmək üçün aktyor axtarılıb.
Bir neçə aktyor sınaqdan keçirildikdən sonra onlar baş rol üçün uyğun olmadığı müəyyən edilib.
Daha sonra çəkiliş heyəti Kenan İmirzalıoğlunun hərbi xidmətdən qayıtmağımı gözləməli olub:
“O dövrdə mən hərbi xidmətdə idim. Baş rol üçün mənimlə əlaqə saxlamağa çalışanda hərbi xidmətdə olduğumu öyrəniblər. Dedilər ki “Bir il gözləyə bilmərik, başqa birini əsas rola çəkəcəyik”. Bundan sonra kastinqlərdə heç bir aktyor onların ürəyincə olmur. Mənim hərbi xidmətdən gəlməyimi gözləməli olurlar. Hərbi xidmətdən gələndən sonra serialın senarisini oxudum və çəkildim”.
Xatırladaq ki, Kenan İmirzalıoğlunun və Cansu Derenin baş rollarında oynadığı “Ezel” dövrünün ən reytinqli ekran işi olub.
Layihə 2009-2011-ci illərdə ekranlara gəlib. Serial Aleksandr Dümanın “Qraf Monte-Kristo” əsərinin motivləri əsasında çəkilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun