Ölkə

“Kimsə məndən borc istəyəndə ona 100 manat bağışlayıram”

“Borc verməyi heç sevmirəm. Misal üçün məndən kimsə 300 manat borc pul istəyir. Deyirəm ki, götür bu 100 manatı, bağışlayıram sənə. Amma borc vermirəm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Təranə Vəlizadə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Sənətçinin bu etirafından sonra proqramın aparıcısı Elgiz Əkbər illər əvvəl ailə qurmaq üçün verilişinə pənah gətirən qadının T.Vəlizadənin qızıllarını oğurlamasından danışıb:

“Bir gün Təranə xanım bahalı və keçmişdən qalan qızıllarını yığıb kiçik kisəyə və çantasına qoyub verilişə gəlib. Soruşdu ki, çantamı hara qoymusan. Mənim isə Təranə xanımın çantasında olan qızıllardan xəbərim yox idi. Bilsəydim, yanıma qoyardım. Elə oldu ki, Təranə xanımın çantası kulisdə qoyulur. Birdə gördüm ki, oradan onun qışqırıq səsləri gəlir.

Prodüserimiz gəldi bizə xəbər verdi ki, bəs Təranə xanımın qızılları çanta qarışıq yoxa çıxıb. Siz oğrunun peşəkarlığına baxın. Studiyada isə hər yerdə kamera vardı. Onun qızıllarını oğurlayan qadın verilişimizə ailə qurmağa gəlmişdi. Təranə xanım isə verilişdə ekspert qismində iştirak edirdi.

O qadın studiyada olan nəzarət kameralarına diqqətlə baxıb görüb ki, onlar düz üstünə tuşlanıb. Nəzarət kameralarının çəkdiyi görüntülərə bir neçə dəfə baxsam da, qadının Təranə xanımın qızıllarla olan çantasını necə götürdüyünü tapa bilmədim. Sonra yenidən həmin görüntülərə kadr-kadr baxdım.

Gördüm ki, qadın görür ki, nəzarət kamerasının önündən kimsə keçir və həmin an o, çantanı götürüb gizlədir. Bu, bir saniyənin içində olan hadisə idi.

Diqqətlə baxandan sonra gördüm ki, Təranə xanımın çantası onun qucağındadır. Baş verən hadisəyə görə öz adımdan Təranə xanımdan bir neçə dəfə üzr istədim.

Məsələ ilə bağlı polisə getdim. Həmin qadının evinin ünvanını polisdən öyrənib ora getdik. Təranə xanım isə həmin an öz evində idi. Ona söylədim ki, oturub nəticəni gözləyin. Həmin an qadın yemək yeyirdi. Məni görüb şoka düşdü. Dedim ki, oğurladığın qızılları gətir. Təranə xanımın bir neçə üzüyünü satmışdı. O pula isə çolpa alıb yemək bişirmişdi”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button