Ölkə
Kişi həbsdəki oğluna “xüsusi” üsulla narkotik keçirmək istədi
Gəncədə kişi həbsdə olan oğluna narkotik keçirməyə cəhd edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, şəhər sakini Suliddin Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında cəza çəkən oğlu Mirzəxan Abdullayevə sovqat gətirib.
Sovqat yoxlanılan zaman qara rəngli kişi alt geyiminin yuxarı hissəsində xüsusi qaydada gizlədilmiş narkotik vasitəyə bənzər maddə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az