Kişilərə olar, amma qadınlara yox?
Türkiyənin qalmqallı müğənnisi Hadisə çəkildiyi serialın qadağan edilməsindən gileylənib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, “Cesur oğlan” serialında açıq-saçıq səhnələrə çəkilən müğənni fraqmentin Tiktokdan silinməsinə etiraz edib.
“Karyerama başladığımdan bəri qadın olaraq səhnəyə sərbəst şəkildə çıxmağın, klip çəkməyin mübarizəsini aparıram. “Eurovision” dövründə klipim “erotik” hesab olunaraq qadağan edildiyi vaxtdan tutmuş, “Sıfır Tolerans” klipimə qədər xeyli maneələrlə qarşılaşmışam. Kişilər kliplərində öpüşüb sevişəndə bu onlara qadağa olunmur, amma qadınlar qucaqlaşanda “əxlaqsız” adlandırılır! İndi isə yeni serialımız “Esas Oğlan”ın fraqmenti TikTok-da qadağan edilib. Gülürəm, çünki bu çox gülməli deyil? Bu platformalar azadlığı müdafiə etdiyini demir? Hər cür videoların yayımlandığı, uşaqların yanlış formada istifadə edildiyi, bədənlərin açılaraq pul qazanıldığı məzmunlar sərbəstdir, amma sevgi səhnələri “əxlaqsız”elan edilir. Silah, qadağan olunmuş maddə səhnələri qəbul edilir, amma sevgi səhnələri niyə qadağan olunur?”
İsmayıl
Milli.Az