Körpəmlə doğma yurda dönmək sevindirici hissdir
Körpəmlə doğma yurda – Cəbrayıla dönmək sevindirici hissdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Cəbrayıl sakini Pərvanə Zaynalova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, özü Cəbrayılda dünyaya gəlsə də, orada yaşamaq qismət olmayıb. İndi isə övladı ilə birlikdə doğma yurdunda yaşayacaq.
“Özüm müəlliməm. Bundan sonra Cəbrayılda işləyəcəm. Gələcək nəslimizin yetişməsinə çalışacağam. Torpaqlarımızın azad edilməsində Ali Baş Komandan başda olmaqla əməyi keçən hər bir şəxsə təşəkkür edirəm. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, – deyə o bildirib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun