Uncategorized

Kristina Doroş rəqəmsal manatın Visa şəbəkəsinə inteqrasiyasından danışdı

Visa və Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın Visa şəbəkəsinə inteqrasiyasını müzakirə edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə müsahibəsində Visa-nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, Visa və Mərkəzi Bankı qarşılıqlı fəaliyyət və əməkdaşlığın müvafiq formatlarını müəyyən etmək üçün açıq və konstruktiv dialoq aparırlar.

“Rəqəmsal manatın Visa şəbəkəsinə inteqrasiya məsələləri hazırda müzakirə mərhələsindədir”, – deyə o bildirib.

K.Doroş həmçinin bir çox ölkənin hökumətinin və mərkəzi banklarının milli rəqəmsal valyutanın yaradılması üzərində çalışdıqlarını vurğulayıb. Onlar birlikdə rəqəmsal pullar üçün müvafiq infrastruktur müəyyən edərək yaratmağa, onların tətbiq istiqamətlərini anlamağa çalışırlar.


“Hazırda Azərbaycan Mərkəz Bankı digər ölkələrin mərkəzi bankları kimi bir sıra mühüm suallara cavab tapmağa çalışırlar: infrastruktur, həllərin quruluşu necə olmalıdır və necə istifadə olunacaq? Mərkəzi Bank emitent qismində kommersiya bankları ilə necə qarşılıqlı əlaqə quracaq? Visa olaraq biz bu və digər məsələlər üzrə gələcək qarşılıqlı fəaliyyət və əməkdaşlığın müvafiq formatlarını müəyyən etmək üçün AMB ilə açıq və konstruktiv dialoq aparırıq”, – deyə K.Doroş əlavə edib.

Qeyd edək ki, AMB beynəlxalq beyin mərkəzləri, maliyyə təşkilatları və banklarla birgə milli rəqəmsal valyutanın hazırlanması üzrə işlər görür. Daha əvvəl verilən məluata görə, Mərkəzi Bank rəqəmsal valyutanın pul siyasətində, pul-kredit transmissiyasında rolunu aktiv şəkildə izləyir.

Rəqəmsal manatın hazırlanması üzrə Mərkəzi Bank Beynəlxalq Valyuta Fondu ilə birgə çalışır. Bu valyutanın formalaşma konsepsiyası üzrə mərhələli işlər, həmçinin mümkün risklərin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılır.+

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button