Ölkə
Kür çayında batmış gəncin meyiti tapılıb
İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun