Ölkə

Kürdəmirdə 5 maşın TOQQUŞDU: Xəsarət alanlar var

Kürdəmirdə 5 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb.

Belə ki, VAZ 24 markalı avtomaşının sürücüsü yoldan çıxaraq yol kənarında dayanmış 4 maşına çırpılıb.

Nəticədə rayonun Sovla kənd sakini 33 yaşlı Cəfərov Cavid Baxış oğlu və rayonun Sor-Sor kənd sakini 72 yaşlı Rzayev Hətəmxan Hətəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button