Ölkə

Lənkəranda “ASAN xidmət”in əməkdaşının avtomobili yanıb

Lənkəran rayonunda “ASAN xidmət”in əməkdaşının avtomobili yanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus “Azsamand” markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən “ASAN xidmət”də çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button