Ölkə

Lənkəranda qəza olub, 5 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunda, rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Niva” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlardan 4-ü “Niva”, biri isə “Mercedes” markalı avtomobildə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button