Ölkə

Lənkəranskinin rəqibi dəstəsi ilə birgə həbs olundu

Rusiyanın Altay diyarında “qanuni oğru” Andrey Tkaçenko (ləqəbi Tkaç Nyaqanski) və onun dəstəsinin bir neçə üzvü bir sıra cinayətlərdə təqsirli bilinərək məhkum ediliblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, məhkəmə müəyyən edib ki, Tkaç 2016-cı ildə iki bölmədən ibarət cinayətkar qrup yaradıb və onun daxilində vəzifələri bölüşdürüb.

Qrupa əvvəlcə yeddi nəfərdən ibarət olub. Lakin bəzi cinayətlərdə onlara daha dörd nəfər də qoşulub.

İstintaqın məlumatına görə, şübhəlilər sahibkarlardan hədə-qorxu ilə pul tələb edib, yük qatarlarından metal məmulatlar, vaqon oğurlayıb və dələduzluqla məşğul olublar.

Qeyd olunur ki, bütün bunların nəticəsində 12 vətəndaşa və 5 hüquqi şəxsə ziyan dəyib. Ziyanın məbləği üç milyon rubldan çoxdur.




Nəticədə, Andrey Tkachenko cəzasını maksimum rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun dəstəsinin bir neçə üzvü də 8 il 10 aydan 10 ilədək müddətinə həbs olunublar.

Xatırladaq ki, Andrey Tkaçenko 2014-cü ildə Rusiyanın Ural vilayətinə nəzarət etmək uğrunda mərhum azərbaycanlı criminal avtoritet Rövşən Lənkəranski ilə mübarizə aparıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button