Lətifə tərzinə bu qədər xərclədi
Son günlər görünüşü ilə hər kəsi təəccübləndirən müğənni Lətifə Soyuöz ötən gün obyektivlərə tuş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı aparıcı Şəhriyar Əbilovun ad günü məclisinə qatılıb.
Gecəyə fransızsayağı geyim tərzində qatılan Lətifənin ünvanına təriflər yağdırılıb. Sənət adamları müğənninin xeyli çəki atması və görünüşünün dəyişməsinə olan təəccüblərini gizlədə bilməyiblər.
Lətifə gecəyə “Isabel Marant” brendinə məxsus qara geyimdə qatılıb. O, tərzini “Jimmy Choo” brendindən olan ayaqqabılar, “Dior” çantası, “Chopard”, “Boucheron” brendinə məxsus zinnət əşyalarından istifadə edib. Libasın qiyməti 1000 dollar (təxminən 1700 manat), ayaqqabı 1100 dollar (təxminən 1870 manat), çanta 6500 dollar (təxminən 11050 manat) dəyərindədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun