Uncategorized

Laçın yolu Ermənistana siyasi məzar oldu

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədində, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobili ilə Ermənistana yollanmaq istəyən Vaqif Xaçatryanın saxlanması və sonra da həbs edilməsi əslində, rutin hadisədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Xalqımıza və dövlətimizə qarşı hərbi cinayətlər törədən, dinc vətəndaşlara divan tutan adamların cəzasız qalacaqlarını düşünməyin özü belə, sadəlövhlükdür.

V.Xaçatryan kimi ermənilər Azərbaycana və vətəndaşlarımıza qarşı yox, bəşəriyyətə qarşı vəhşiliklər törətdiklərindən onların hansısa formada bəraətə, əfvə və yaxud azadlığa buraxılacağı barədə ehtimalların səslənməsi populizmdir.

Meşəli kəndindəki vəhşiliyi gerçəkləndirlənlərdən birinin azadlıqda qalması demokratiya, insan haqları və ədalət prinsiplərinə kökündən zidd məsələdir.

Xankəndindəki separatçı xuntanın mənsublarından biri, hazırda rəsmən “müxalifətçi” olan Samvel Babayan bu günlərdə Ermənistan mediasına verdiyi müsahibəsində “maraqlı” açıqlama ilə çıxış edib: “Hazırda Azərbaycanda hərbi cinayətkar kimi dəyərləndirilən 300 erməninin siyahısı var. O siyahıda mən də yer almışam. Siyahıda məndən başqa kimlərin olduğunu hələ deyə bilmərəm”.

S.Babayanın bu açıqlaması Ermənistanda geniş rezonans yaradıb. Baş nazir Nikol Paşinyanı sürəkli olaraq xəyanətdə, Azərbaycanla Türkiyənin maraqlarına xidmət etməkdə suçlayan radikal müxalifət Babayanın sözlərindən öz maraqları üçün istifadə etməyə başlayıb.

Revanşist ermənilərin, habelə Rusiya, Fransa və İranın ayrı-ayrılıqda maraqlarının təmsilçisi olan siyasi qüvvələrin iddialarına görə, qarabağlı ermənilərin Azərbaycanla reinteqrasiyası mümkün deyil.

Onlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə mümkün qədər çox əngəllər yaratmaq və imkan yaranarsa, ümumiyyətlə, prosesi dayandırmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Vasitələr arasında üç süni, qondarma və absurd məqamın danışıqlar prosesinə daxil edilməsidir: “qarabağlı ermənilərin milli müqəddəratını təyin etmək hüququ”, “onların Azərbaycandakı hüquqi statusu” və “hüquqların, habelə təhlükəsizliyin təminatı üçün beynəlxalq mexanizmlərin yaradılaraq işə salınması”.

Üç müddəanın üçü də Ermənistanın, xarici ölkələrdəki erməni diasporunun və qarabağlı ermənilərin geosiyasi situasiya baxımından nə qədər acınacaqlı vəziyyətdə olduqlarını göstərir.

Erməni məzhəkəsi o qədər primitivdir ki, onlar guya avqustun 1-də Bratislavada qarabağlı ermənilərlə rəsmi Bakının təmsilçiləri arasında görüş planlaşdırıldığını, “lakin Bakının sonradan bu görüşdən imtina etdiyini” vurğulayırlar.

Xəbəri ilk yayan Xankəndindəki separatçı rejimin “antiböhran şurasının sədri” Tiqran Petrosyan olub.

Azərbaycan hakimiyyəti qarabağlı ermənilərin, yəni ölkənin erməni azlığının nümayəndələri ilə görüşlə bağlı iki dəfə Xankəndinə dəvət ünvanlayıb.

Üçüncü dəvət olmayacaq.

Ermənilərin dezinformasiya, daha doğrusu, feyk məlumat yaymaqda məqsədləri danışıqlar subyekti olmaq arzularını nümayiş etdirməkdir.

Xankəndindəki xuntanın mənsubları “Bakı ilə danışıqlar” dedikldə özlərini bu prosesdə “huquqi tərəf, diplomatik subyekt” kimi görürlər. Halbuki Azərbaycan Konstitusiyası çərçivəsində aparılacaq danışıqlarda qarabağlı ermənilər yalnız Azərbaycan sakinləri olacaqlar.

Ermənistan rəhbərliyi və ermənilər hələ də dərk edə bilmirlər ki, 30 illik Qarabağ münaqişəsi artıq son nəfəsinini verir. Onların nə isə tələb etmələri, Bakını hədələmək və ya ultimatumlar səsləndirmək cəhdləri tragikomediya təsiri bağışlayır.

Diplomatiyası degenerativ təmayüllərə qapılmış Ermənistan indi diletantlar və bacarıqsızlar tərəfindən idarə edilən psevdodövlətə çevrilib.

Əsrər boyu saxtalaşdırılmış tarixin “rəvayət”ləri və mağara səviyyəli aqressiyanı yaşayış modelinə çevirmiş ermənilər güclülər qarşısında tazı, zəiflərin önündə çoban iti kimi davranıblar.

1990-cı illərdə Azərbaycandakı daxili siyasi böhrandan, o dönəmdəki hakimiyyətin primitivliyi və səriştəsizliyindən yararlanmış Ermənistan ərazilərimizin 20 faizini işğal etmişdi.

30 il davam edən işğal dövründə ermənilər ələ keçirdikləri torpaqlarda şəhərlərmizi, kəndlərimizi və qəsəbələrimizi viran qoydular, talançılıqlarına bir an fasilə vermədilər və heç bir infrastruktur layihəsini reallaşdırmadılar.

2018-ci ildə Nikol Paşinyan kimi siyasi klounu hakimiyyətə gətirən qüvvələrsə erməni liberalların təkamülünə bel bağlayırdılar. Lakin İrəvandakı yeni hakimiyyət oğru, korrupsioner və cinayətkar sələflərinin yaratdıqları problemləri həll etmək, bölnəi böhrandan çıxararaq normal inkişaf məcrasına yönəltmək əvəzinə dəyişməyən şüarları, narrativləri və qressiv radikallığı təkrarlamaqla məşğul oldular.

Ermənistan indi yeni dünya düzəninin diqtə etdiyi çağırrışlara, tarixi reallıqlara və bölgənin müasir dönəminin tələblərinə hazır deyil.

Ukraynada apardığı müharibə ilə bağlı geosiyasi, iqtisadi və geostrateji resursları tükənməkdə olan Rusiya Federasiyasının əvvəllər olduğu kimi, Ermənistanı dəstəkləməsi sadəcə, mümkün deyil.

Fransa, Hindistan və ya İran kimi dövlətlərə gəldikdə isə, onlar Ermənistanı sürətlə silahlandırır, bol vədlər verir, İrəvandakı hakimiyyətdə illüziyalar yaradırlar.

Həmin ölkələrdən ermənilərdən öz maraqları üçnü istifadə etdiklərindən Parisi, Dehlini və ya Tehranı orta statistik erməninin məşəqqətləri, əzabları və problemləri qətiyyən maraqlandırmır.

Ermənistanın inkişafı üçün labüd prinsiplərin bərqərar olması da ermənilərin hamiləri üçün əsla önəmli deyil.

Nikol Paşinyan administrasiyası həmişəki kimi, bu dəfə də yanlış addımlar atır, səhv qərarlar verir və əsl strateji korluq nümayiş etdirir.

Xarici siyasətində maraqlar balansını təmin edə bilməyən ermənilərin rəhbərliyi daxili siyasətdəki revanşizmin və aqressiyanın ölkə ilə xalqı hansı bəlalara sürüklədiyini anlamaq istəmirlər.

44 günlük İkinci Qarabağ Müharibəsində uduzaraq kapitulyasiya edən Ermənistan və ermənilər məğlubiyyəti həzm edərək uğursuzluqlarını sonuclarını araşdırmaq istəmirlər. Qarabağlı ermənilər isə zamanın onların əleyhinə işlədiyinin, seçimlərinin yalnız reinteqrasiya, yaxud Azərbaycanı tərk etmək olduğunu qəbul etməkdən uzaqdırlar.

Üçüncü yol, alternativ variant yoxdur və ola da bilməz.

Situasiyanın absurdluğu o səviyyəyə çatıb ki, ordusu darmadağın edilən, geosiyasi imkanlarını itirən məğlub Ermənistan qalib və güclü Azərbaycan qarşısında hansısa şərtlər qoymağa, tələblər səsləndirməyə çalışır, başqa ölkənin sakinləri ilə öz arasında xüsusi statuslu və toxunulmazlığa malik yolun açılmasını istəyir.

Ermənilərin tələblərinin nə qədər sərsəm olduğunu onlar anlamırlar.

Anlasaydılar, inkişafa və təkamülə başlardılar.

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button