Ölkə

Laçına bu gün köçürülən ailələrə evlərinin açarı təqdim olunub

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır. Azad Laçın bu gün daha 46 nəfərə qucaq açıb. Laçına çatan növbəti 13 ailə öz evinin açarını sevinc hissləri ilə təhvil alıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yenidən öz evində məskunlaşacaq ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrə Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button