Uncategorized

Laçındakı təxribat göstərişini BU ŞƏXS VERİB – ŞOK DETAL

“Böyük ehtimalla son erməni təxribatlarının arxasında İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin verdiyi təlimatlar dayanır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan bu insidentlə də istəyinə nail ola bilmədi:

“Ermənistan bu təxribatlarla İranı da proseslərə cəlb etmək niyyətində idi. Ermənistanın digər bir niyyəti isə Azərbaycanın keçən ayın son günlərində yerləşdiyi yüksəkliklərdən keçən əsas və köməkçi yollardan heç olmasa birini nəzarətə götürmək və Azərbaycan ordusunun mövqeləri arasında əlaqəyə mane olmaq məqsədi daşıyırdı. 

Ermənistan tərəfi bu məqsədlərdən heç birinə nail ola bilmədi və növbəti dəfə Azərbaycan ordusu tərəfindən məğlubiyyətə məruz qaldı. 

Hazırda qismən sakitçilik olsa da növbəti erməni təxrbatları istisna edilmir. Əgər təxribatlar davam edərsə, Azərbaycan ordusunun düşmənə növbəti dəfə ağır zərbə endirəcəyi heç bir şübhə doğurmur”.

Mustafa Ömər
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button