Ölkə

Lalə Brilliantla aralarında yaşananlardan danışdı

Əməkdar artist Lalə Məmmədova Xalq artisti Brilliant Dadaşova ilə barışmalarını tənqid edənlərə cavab verib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda “Günaydın, Azərbaycan” verilişində bəhs edib. Lalə illər əvvəl aralarındakı incikliyə səbəb olanları açıqlayıb:

“Yaxın insanlar arasında küsmək olur. Amma bizim aramızda bu da olmamışdı. Sadəcə, söz-söhbətə son qoymaq üçün bu addımı atdım. Gənc yaşlarımızda danışır, kiminsə xətrinə dəyə bilirik. Məndən asılı olmayan bir şeydir ki, görünüşcə Briliant Dadaşovaya bənzəmişəm. Buarda mənim günhım olmayıb. Bir dəfə başqa müğənnilərin adını çəkib Brilliant xanımın adını çəkməmişdim. Haqqı olduğu kimi də incidi. 

Barışıq görüntülərini yaymağa tələsdilər. Əgər addımım piar olsaydı, videonu özüm paylaşardım. Tələsik montaj edib yayıblar. Biz sonra oynadıq da, oxuduq da. Brilliant Dadaşovanın reaksiyası normal idi. Yazılan şərhlərə görə Brilliant xanımın da adına üzüldüm”.

Qeyd edək ki, Lalə Brilliantın ad gününə gedərək ona barışıq addəmə atıb. Dadaşovanın bu addımı soyuq qarşıladığı görüntülər tənqid edilib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button