Lerikdə 4 nəfərin öldüyü hadisənin təfərrüatı açıqlandı

Lerikdə 4 nəfərin öldüyü hadisənin təfərrüatı açıqlandı

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan onu vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itirib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir