Lerikdə ağır qəza – üç nəfər xəsarət aldı
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.
Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər – 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Mərkəzi Rzyon Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun