Lerikdə faciə – Bir ailənin 4 üzvünü “tok” vurdu

Lerikdə faciə - Bir ailənin 4 üzvünü "tok" vurdu

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir