Ölkə

Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru “Manqurt” tamaşasını izləyiblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomim Teatrında “Manqurt” tamaşasını izləyiblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.

Uzun illərdir teatrın repertuarında olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button