Ölkə

Livanda ölənlər arasında azərbaycanlılar var?

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, aviazərbələr nəticəsində 492 nəfər ölüb, 1645 nəfər isə xəsarət alıb.

Azərbaycanın Livandakı səfirliyində vəziyyət necədir? Ölən və yaralananlar arasında azərbaycanlılar varmı? 

Milli.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “Qafqazinfo”ya bildirib ki, Livanda azərbaycanlıların sayı çox azdır:

“Ölüm və yaralanma halları barədə məlumat daxil olmayıb. Livandakı səfirliyimiz fəaliyyətini davam etdirir. Təxliyə barədə müraciət daxil olmayıb”.

XİN rəsmisi xatırladıb ki, Azərbaycan vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq 3 avqust tarixində verilib.

Qeyd edək ki, artıq İsveçrə və Rusiya öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button