İdman

“Liverpul” “Nyukasl” üzərində əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Liverpul” “Nyukasl” üzərində əzmkar səfər qələbəsi qazanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, oyun 1:2 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qolu ev sahiblərinin yarımmüdafiəçisi Entoni Qordon 25-ci dəqiqədə vurub. Bundan 3 dəqiqə sonra “qırmızılar”ın müdafiəçisi Vircil van Deyk qırmızı vərəqə alaraq meydanı tərk edib.

Lakin bununla belə “mersisaydlılar” qələbə əzmini qoruyub saxlayıblar.

Belə ki, 81-ci dəqiqədə qonaq komandanın hücumçusu Darvin Nunyes matçda hesabı bərabərləşdirib, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə dubl edərək komandasına qələbə qazandırıb.

“Liverpul” 7 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, “Nyukasl” isə 3 xalla 13-cü yerdədir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button