Ölkə

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.

Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.

Qeyd edilib ki, Ü.Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl V.Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.

Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ü.Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

***

Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button