Ölkə

Mən 300-500 manat verib yanında gəzdirdiklərindən deyiləm…

“Şəbnəmi çox şişirtdik. Çox böyük səhv addımlar atdı. Bunlar mənə keçməz. Şəbnəmin səhnə stajının iki qatı qədər stajım var. Şəbnəm 10 ildir oxuyur, mən isə 24 ildir bu sahədəyəm. Ölkənin ən qaymaq müğənniləri ilə çalışmışam”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) verilişində deyib. O, müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqaldan danışıb. Tolik bildirib ki, Vəfanın tərəfini tutmasına görə Şəbnəm onu hədələyib:

“Toy bazarı üçün işləməmişəm. Mənə hədə-qorxu gəlmək lazım deyil. Qadın söhbətinə kişi girirsə, demək kişinin sözü keçmir. Şəbnəmdən incimişəm. Mən 300-500 manat verib yanında gəzdirdiklərindən deyiləm, bunlar mənə keçməz. Mənə hansısa yerdən zəng gəlməyi… Verilişimdə Şəbnəmi hamıdan üstün tutdum, amma bundan sonra olmayacaq”.

Qeyd edək ki, Şəbnəm və Vəfa “Cənnətimsən” mahnısı üstündə mübahisə edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button