Ölkə

“Məni vurub qaçdılar, xəstəxanaya getmək üçün taksi çağırdım”

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosiped vurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda rejissor özü məlumat yayıb. O bildirib ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında olarkən baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəli “1news.az”a açıqlama verərək, hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırdığını vurğulayıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib. Onun sözlərinə görə, hazırda Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button