Məşhur blogerlər həbs oluna bilər
Rusiyalı blogerlər Valeriya və keçmiş həyat yoldaşı Artem Çekalini 10 ilə qədər həbs cəzası gözləyir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili külli miqdarda qanunsuz valyuta əməliyyatlarına görə ittiham olunur.
“Mash” teleqram kanalının məlumatına görə, blogerlər fitnes marafonlarından əldə etdikləri gəlirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankına köçürüblər. Artem ödənişlərin həyata keçirilməsində birbaşa iştirak edib. Hazırda o, müstəntiqlər tərəfindən dindirilir. Onun keçmiş həyat yoldaşı, Lerçek kimi tanınan Valeriya isə evdədir. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb.
Belə ki, oktyabrın 2-də Rusiyanın Daxili İşlər Nazirliyi Valeriya və Artemə qarşı cinayət işi açıb. Onlar Rusiya Cinayət Məcəlləsinin 193.1-ci maddəsi – “Saxta sənədlərdən istifadə edərək qeyri-rezidentlərin hesablarına pul köçürmələri üçün valyuta əməliyyatlarını tamamlama” ilə ittiham olunurlar. Onlar barəsində həbs qətimkan tədbiri hələlik nəzərdə tutulmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun