Ölkə
Məşhur müğənni həbs olundu – FOTO

Fələstinli müğənni, prodüser Dalal Əbu Əmna İsrail polisi tərəfindən həbs olunub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının Fələstini dəstəkləyən paylaşımları olub. Məsələ ölkənion polisi tərəfindən təsdiqlənib. Onun həbs müddətinin uzadılması ilə bağlı Nazaret Sülh Cəza Məhkəməsinə müraciət edilib.
Dalal İsrailin Nazaret şəhərində yaşayır. Polis onu evində həbs edib.
Qeyd edək ki, Əmna ailəlidir və 2 övladı var. Artıq 11-ci gündür ki, İsrail-Fələstin münaqişəsi davam edir.
Milli.Az