Ölkə
Məşhurluq qız tapmağa problem yaradır
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger “Xəzər axşamı” proqramına müsahibəsində danışıb.
O, jurnalistin “Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz” sualına “Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır” cavabını verib.
Qeyd edək ki, bir neçə gün əvvəl bloger anasını gəlin namizədləri ilə tanış etdiyni, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun