Ölkə

Mətanət Əsədova sevgilisindən DANIŞDI: “Ürəyimi “çürüdüb””

“Sevdiyim şəxslə bir yerdə olanda mahnı oxumuram. O, ifamdan çox özümü istəyir. Mən də onun ürəyini və insanlığını çox istəyirəm. Onun gözəl ürəyi var. Bilmirəm, sabah nə olacaq. Bir saatdan sonra heç nəyə etibarım yoxdur. Sabah nə olacaq, onu bir Allah bilir. İndi isə belədir”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi adını, şəxsiyyətini gizli saxladığı və hazırda münasibətdə olduğu sevgilisindən bəhs edib. Mətanət həmin şəxslə hələ ki münasibətlərini rəsmiləşdirmədiyini bildirib: 

“Biz ailə qurmamışıq. Münasibətimizi rəsmiləşdirməyimiz haqqında heç nə bilmirəm. Onu Allah bilir. Qərarımı çoxdan vermişəm ki, onun yanındayam. Qalan şeyləri isə sevdiyim şəxs bilər. Onun çox “tünd” xasiyyəti var. Bu insanın xasiyyəti dəhşətdir… O deyən olmalıdır… Mənim kimi azad, sözünü deyən, yumruğunu masanın üzərinə vuran bir insan onun yanında əriyib. Ona söz demək mümkün deyil. Hər insan kənardan anlamaz ki, sevdiyim şəxs nə istəyir. Ürəyimi çürüdüb (gülür). Amma ona bu ürəyim halal xoşu olsun”. 

Sevdiyi şəxslə toy etməyəcəyini söyləyən Əsədova iki gözünə belə onu qısqandığını dilə gətirib: 

“Nə toy? Toy olmayacaq. Toy bir dəfə həyatımda oldu, bitdi. Sevdiyim şəxs kiçik bir sərbəstlik versə, dünyaları bilirsən nə edərəm. Elə bir məclis edərəm ki, hamı ondan danışar. Amma mən tək deyiləm, bunu edə bilmirəm. Axı mən nə edə bilərəm, Ağabala (gülür). Mən onu iki gözümə belə qısqanıram. Onun şəklini heç zaman heç yerdə paylaşmaram. O həddən artıq qısqancdır. Hətta mənim qısqanclığıma da inanmır və söyləyir ki, rol oynayırsan. Bu gözdən şirin nə var ki… Onu bir gözümdən digər gözümə qısqanıram”. 

Mətanət sevgilisindən gördüyü diqqəti heç kimdən görmədiyini bildirib: 

“Allahın mənə ən böyük hədiyyəsi odur ki, onu mənə bağışlayıb. Ondan heç bir hədiyyə gözləmirəm. Heç bir gülünü belə gözləmirəm. Ondan gördüyüm özümə qarşı diqqəti hələ heç zaman başqa bir insandan görməmişəm. Mənim buna qarşılığım isə yalnız dürüst sevgimdir”. 

Qeyd edək ki, Mətanət Əsədova bir neçə gün əvvəl ana olacağını açıqlayıb. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button