Ölkə

Məzahir Pənahov Xankəndidə ermənilərin seçkilərdə iştirakından danışdı

Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

Sədr Xankəndi şəhərində də seçki məntəqəsi yaradıldığını bildirib:

“Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button