Ölkə

Məcburi köçkünlərin boşalan mənzilləri kimə veriləcək?

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsi, həmçinin onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi ölkə rəhbərinin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az herbiand.az-aistinadən xəbər verir ki, Prezident İlham Əliyev Vətən Müharibəsində şəhid olmuş qəhrəman övladların doğmalarına da ev veriləcəyini bəyan edib. 

Hazırda keçmiş məcburi köçkünlər də öz doğma yurdlarına qayıtdıqdan sonra boşalan mənzillərin də şəhid ailələri və qazilərə veriləcəyi bildirilib. Artıq Laçın, Füzuli rayon mərkəzlərinə və bir neçə kəndə geri dönüş başlayıb. Bəs keçmiş məcburi köçkünlərin boşaltdığı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı qərar verilibmi? 

Bununla əlaqədar “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu ilə əlaqə saxladıq. Birlik sədrinin Herbiand.az-a verdiyi məlumata görə, bu günədək boşalan mənzillər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına verilib. Rey Kərimoğlu prosesin növbəti mərhələlərdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi. 

Qeyd edək ki, boşalan mənzillərin satışa çıxarılması məsələsi də gündəmdədir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button