Ölkə

Mədən ərazisində iki nəfərin ölməsi ilə bağlı vəzifəli şəxs məsuliyyətə cəlb edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Neftqaztikinti” trestinin iki əməkdaşının dənizə düşərək ölməsi ilə bağlı ibtidai istintaq tamamlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin vəzifəli şəxslərindən olan və tikintidə təhlükəsizliyə cavabdeh şəxs sayılan Mirzəyev Samir Zəhimağa oğlu məsuliyyətə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə ittiham verilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu ilin avqustun 24-də səhər saatlarında SOCAR-ın iki işçisi açıq dəniz sahəsinə suya yıxılıb. Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib. Belə ki, obyektdə tikinti quraşdırma işləri aparılarkən “Neftqaztikinti” trestinin əməkdaşları dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşərək vəfat ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button