Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi keçirilib. Bədii-musiqili gecə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Muğam sənəti kafedrası tərəfindən hazırlanıb. Xalq artisti Simarə İmanovanın rəhbərliyi ilə xanəndələr Gülşən Əliyeva, Vüqar Əbilov, Günel Kərimova, Şirəli Məmmədov, Zümrüd Kərimova, Elim Ömərov, Rəna Mehrəliyeva çıxış ediblər. “Rast” muğamında dahi Füzulinin qəzəlləri ifa olunub. Əməkdar artist Azad Şükürovun aparıçılığı ilə keçən gecədə muğamlar bədii qiraətin müşayiəti ilə təqdim edilib. Xanəndələri Ramin Rzayevin (tar) bədii rəhbərliyi ilə kamançada Fəridə Məlikova (Əməkdar artist), Aygün Mehmanlı (qanun), Səyyar Teymurov (nağara), Şaiq Əsədov(balaban) və Elnur Sadıqzadə (bəm balaban) müşayiət edib. Ölməz Füzulinin qəzəllərinin “Rast” muğamı üçün tərtibatını qəzəlxan-şair Səlim Nəsirli hazırlayıb.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az